AZ

Uşağın üstün zəkalı olmasını göstərən əlamətlər hansılardır?

Üstün zəka anlayışı son dərəcə mübahisəlidir. Bir tərəfdən, nevroloqlar və neyropsixoloqlar deyirlər ki, yalnız orta səviyyədən yüksək İQ (intellekt əmsalı) göstəriciləri olan uşaqları üstün zəkalı saymaq olar. Digər tərəfdən, pedaqoqlar və ya idman trenerləri hesab edirlər ki, bu təsbitin əhatə dairəsi daha geniş olmalı və bir çox sahələrdə bacarıq və qabiliyyət nümayiş etdirən uşaqlar da bu kateqoriyaya aid edilməlidirlər.

Ortaq razılaşma isə belədir ki, İQ testindən keçən və 97-dən yuxarı bal toplayan uşaqlar üstün zəkalı sayılırlar.

Onlardan biri də San-Pauluda yaşayan altı yaşlı Teo Kosta Ribeyrodur.

Teo 6 aylığında dil açıb, 18 aylığında cümlələr qurmağa başlayıb və uşaq bağçasına verilib.

 “Bir söz görən kimi hər hərfini soruşurdı. Dayanmadan suallar verirdi və heç biri də axmaq suallar deyildi” - Teonun atası İqor Ribeyro belə  deyir.

Uşağın ailəsi onu heç nəyə məcbur etməsə də, maraqlarını dəstəkləyib.

Pandemiya zamanı yaşıdları hələ əlifbanı yeni öyrənməyə başlayanda üç yaşlı Teo artıq oxumağı, yazmağı və hesablamağı bacarırdı. 

2021-ci ilin iyul ayında məktəb rəhbərliyi Teonun ailəsiylə görüşərək onun yaşıdlarından qat-qat yaxşı nəticələr göstərdiyini bildirib və uşağı İQ testindən keçməyi tövsiyə edib.

“Bir neyropsixoloqa gedib Teonu İQ və EQ (emosionallıq əmsalı) testlərindən keçirdik. Nəticələrlə bağlı hesabatda yazılmışdı ki, onun zəkası üstündən də üstündür. Çox təəccübləndik” deyən ata gülərək əlavə edir:

"Dedik, yaxşı, indi biz bu uşaqla nə edəcəyik?  

Daha müdrik olmaq mümkündürmü?Yeniyetmə övladınız elə hey lağlağı edir? Bu, ağıl əlamətidir!Valideynlərin mübahisəsi uşaqların sağlamlığına necə təsir göstərir?Altı yaşlı yeniyetmə

Neyropsixoloq belə qənaətə gəlib ki, altı yaşlı Teo həm intellektual, həm də emosional baxımdan 14-15 yaş səviyyəsindədir.

Amma bu, Teonun uşaqlıq həyatı yaşamadığı anlamına gəlmir.

Teo həmişə ekstrovert, dostlarıyla vaxt keçirməyi sevən, məktəb dərslərindən həzz alan və dinozavrlarla maraqlanan uşaq olub. 

Uşaq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
bbc.com

1Mənbələr