AZ

İran Paris Olimpiadasına qədər Qəzzada atəşkəsə çağırıb

ran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinə Parisdə keçiriləcək Olimpiya Oyunları başlayana qədər Qəzza sektorunda atəşkəs rejiminin tətbiqinin zəruri olduğunu bəyan edib.

Bu barədə İranın idman və gənclər naziri Kumars Həşimi ölkədə İslam inqilabının banisi olan İmam Xomeyninin məqbərəsini ziyarət edərkən bildirib.

“İran tərəfi ŞƏT-ə üzv ölkələrin idman nazirlərinin iclasında bəyan edib ki, Parisdəki Olimpiya Oyunları başlamazdan əvvəl beynəlxalq ictimaiyyət fələstinli idmançıların oyunlarda iştirakına icazə vermək üçün Qəzza zolağında atəşkəs elan etməlidir”, - o deyib.

"Cebhe.info"

Seçilən
101
4
cebheinfo.az

10Mənbələr