AZ

BAKIDA ERKƏN UŞAQLIQ DÖVRÜNDƏ İNKİŞAFLA BAĞLI ÜÇGÜNLÜK TƏLİM KEÇİRİLİR

Mayın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 yaşa qədər uşaqlarla işləyən mütəxəssislər üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb.

Tezadlar.az-ın təlimə dəvət olunmuş əməkdaşının verdiyi məlumata görə, “JW Marriott Absheron Baku” otelində keçirilən təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılmasıdır: “Türkiyədən dəvət olunmuş mütəxəssislər üç istiqamət üzrə “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlərə başlayıblar”.

Təlimin ikinci günü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Təranə Piriyevanın çıxışı ilə başlayıb. Sonra tədbir türkiyəli həkim, fizioterapevt Özgə Karanlığın geniş çıxışı ilə davam etdirilib. 10 ildən çox bu sahədə çalışan Ö.Karanlık qeyd edib ki, sağlam hamiləlik dünyaya sağlam övlad gətirməyin təməlidir: “Ana bətnindəki körpə 10 həftəlikdən etibarən hərəkət etməyə başladığı üçün ərtafımızda cərəyan edən bütün proseslərə reaksiya verir. Burada ananın keçirdiyi əhval-ruhiyyəsi, qidalanması, dinlədiyi müsiqi, izlədiyi filim və tamaşalar, hətta ailədaxili münasibətlər belə bətndəki körpəyə öz təsirini göstərir. Əgər ana hamiləlik dövrünü stabil keçiribsə, həyata sağlam uşaq gətirir. Əks halda, uşaq daun və digər xəstəliklərlə həyata göz açır”.    

whatsapp-image-2024-05-29-at-16_03_35

Ö.Karanlık çıxışında onu da bildirib ki, Türkiyədə dünyaya yarımçıq gələn körpələr öncə küvəzdə saxlanılır və müəyyən vaxtdan sonra evə buraxılır: “Bəzi ölkələrdə həmin körpə ilə həkimlərin işi bitmiş olur. Lakin Türkiyədə tamamilə fərqlidir. Belə ki, həmin körpə 18 yaşının tamamına qədər mütəmadi olaraq həkim nəzarətində olur”.

Onun sözlərinə görə, körpə hətta sağlam doğulsa belə, ən azı 2 yaşına qədər psixoloq, nevropatoloq, terapevt, pedaqoq, masajçı, loqoped və fizioterapevtin nəzarətində olmalıdır: “Çünki valideynlər – ata, ana, nənə, baba uşağın nə psixologoyasını, nə də sağlamlığındakı problemləri tam şəkildə bilmir. Nəticədə, uşaq məktəbə gedərkən müxtəlif xəstəliklərin daşıyıcısı olduğu üzə çıxır. Bu da xoşagəlməz nəticələr verir. Bütün bu və digər neqativ səbəblərlə üzləşməmək üçün hazırda Türkiyədə ailələr nəinki 9 ayı, hətta ən azı doğuşdan sonrakı iki il özəl olaraq ailəyə psixoloq, nevropatoloq, terapevt, pedaqoq, masajçı, loqoped və fizioterapevtlər cəlb olunurlar. Onlar uşaqların böyüməsi prosesində yaxından iştirak edirlər. Bu da sağlam gələcəyin təməlinə təkan verir. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə ailələr bütün bu sahələri bir mütəxəssisə havalə edirlər. Bu da sonralar istənilən nəticəni vermir və uşaqlarda müxtəlif çatışmazlıqlar üzə çıxır. Ona görə də Türkiyədə sahəyə ciddi önəm verilir”.    

w

Qeyd edək ki, həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdikləri təlimlərə mayın 30-da keçiriləcək “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfransla yekun vurulacaq.

Təlimlə bağlı yazının davamı olacaq.

Rövşanə XUDATQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
tezadlar.az

1Mənbələr