AZ

Ermənistanı çalxalayan keşiş Vardanyanın ADAMIDIR

Ermənistanda vətəndaş itaətsizliyinə çağıran, Paşinyan hökumətindən istefa tələb edən keşiş Baqrat Qalstanyanla (Srbazan) bağlı maraqlı məlumat yayılıb.

Turkustan.az xəbər verir ki, bəzi erməni mənbələri və sosial şəbəkələrdə yayılan məlumatlara görə, ikili vətəndaşlığı olan Erməni Apostol Kilsəsinin nümayəndəsi Baqrat Qalstanyan hazırda Bakıda həbsdə saxlanılan milyarder Ruben Vardanyana yaxın adam hesab olunur.

Hətta etirazçı keşişi oliqarx Ruben Vardanyanın "səlahiyyətli nümayəndəsi" adlandıranlar da var.

Qeyd edilir ki, vaxtilə Rusiyada təlimatlandırılaraq Qarabağa göndərilən, Xankəndidə separatçılara “dövlət naziri” təyin olunan Ruben Vardanyan daha sonra İrəvana yüksək posta transfer olunacağı anı gözləyirdi. Lakin Vardanyanın planlarını poazan Nikol Paşinyan buna imkan vermədi.

Hazırda Ruben Vardanyan həbsdə olmasına baxmayaraq, Baqrat Qalstanyan vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Bu məsələdə erməni diasporu və bir sıra erməni iş adamlarının keşiş Qalstanyana dəstək verdiyi bildirilir. Təbii ki, Rusiya da baş verənlətə seyrçi qalmır və etirazçıları dəstəkləyir.

Milyarder Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Bu yaxınlarda cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb və Vardanyan barəsində həbs qətimkan müddəti daha 5 ay uzadılıb. (modern.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
turkustan.az

2Mənbələr