AZ

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xeberler.az -a verilən məlumata görə, qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib.
Bundan başqa, komitə “AzInTelecom” tərəfindən SPLA lisenziyalı “Microsoft” məhsulları ilə təmin olunub. AQUPDK informasiya sistemlərini qismən “Hökumət buludu”na yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Data Mərkəzinə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
5
xeberler.az

6Mənbələr