Bakı. Trend:
Beyləqan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Aranqəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədədqapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.