AZ

Ukrayna Baş Qərargah rəisi: Fransa ölkəmizə hərbi təlimatçılar göndərəcək

Ukrayna Baş Qərargah rəisi Aleksandr Sirskiy Fransanın Ukraynaya əsgərlərə təlim keçmək üçün təlimatçılar göndərəcəyini bildirib və bu təşəbbüsü alqışlayıb. Bizimyol.info xəbər verir ki, bu barədə Sirskiy sosial media hesabındakı paylaşımında Ukraynanın müdafiə naziri Rustem Umerovun Fransanın müdafiə naziri Sebastien Lecornu ilə videokonfrans vasitəsilə görüşdüyünü bildirib. Fransanın Ukraynaya təlimçi olaraq hərbçilər göndərəcəyini və bu təşəbbüsü alqışladığını bildirən Sirski: “Mən ilk fransalı təlimatçıların təlim mərkəzlərimizə baş çəkməsinə, infrastruktur və kadrlar haqqında məlumat almasına imkan verəcək sənədləri imzaladım. İnanıram ki, Fransanın qətiyyəti digər tərəfdaşları da bu iddialı layihəyə qoşulmağa təşviq edəcək”, - deyə qeyd edib. Sirski hərbi və maliyyə dəstəyinə görə nazir Lekornuya və Fransa xalqına təşəkkür edib. Fransa Müdafiə Nazirliyi öz hərbi təlimatçılarının Ukraynadakı təlim mərkəzlərinə göndərilməsi ilə bağlı məlumatı təsdiqləməyib. BFM Business telekanalı nazirlikdən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin müvafiq bəyanatını şərh etməyi xahiş edib. Jurnalistlər qeyd edirlər ki, nazirlik bunu nə təsdiq edə, nə də hərbçilərin göndərilmə tarixini açıqlaya bilməyib. “Ukrayna ərazisində təhsil prezidentin fevralın 26-da çağırdığı Ukraynaya dəstək konfransından sonra müzakirə olunan sahələrdən biridir. Bu, xüsusilə ukraynalıların xüsusi ehtiyaclarını anlamaq üçün onlarla birlikdə araşdırılmağa davam ediləcə sahədir”, - deyə nazirlik məsələyə münasibət bildirib. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bildirib ki, Ukraynaya hərbi kontingentin göndərilməsini istisna etmək olmaz. Onun sözlərinə görə, rus qoşunları cəbhəni yarıb keçərsə, Paris bu məsələyə baxmağa məcbur olacaq. Qadir, Bizimtol.info

Seçilən
105
41
bizimyol.info

10Mənbələr