AZ

Kişi işçilər səfərbər olunduğu üçün teatr bağlandı

"Çerniqov Dram Teatrı demək olar ki, bütün kişi işçilərin səfərbər olması səbəbindən müvəqqəti bağlanır".

News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar teatrın bədii rəhbəri Andrey Bəkirova istinad ediblər.

Ukraynanın Strana.ua nəşri isə yazır ki,Hərbi Komissarlığa yeddi aktyor, iki səs mühəndisi, montajçı və skripkaçı olmaqla 34 nəfər çağırılıb. Həm 56 yaşlı əməkdar artist, həm də 59 yaşlı sürücü də çağırış vərəqəsi alıblar. Səfərbər olunanların bir qismi tibbi müayinəyə, əksəriyyəti isə təlimə göndəriliblər.

Bədii rəhbərin sözlərinə görə, hazırda teatrda yalnız gənclər və pensiyaçılar qalıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Ukraynada xarici legionun tərkibində müqavilə əsasında xeyli sayda əcnəbi döyüşçülər də xidmət aparırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
50
news365.az

10Mənbələr