Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.
Aktyor Los-Ancelesdə güllələnib.
Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.
Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb./gundemaz