Türkiyənin Mersin şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Hadisə nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.
Bildirilib ki, hərəkətdə olan sərnişin avtobusu qarşı zolağa keçərək 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub.
Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.
"Cebhe.info"