AZ

İspaniyanın paytaxtında 20 minlik etiraz aksiyası

İspaniyanın paytaxtı Madriddə yenidən baş nazir seçilən İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesə qarşı keçirilən etiraz aksiyasında 20 minə yaxın vətəndaş iştirak edib.

Məlumata görə, nümayişçilər həmçinin 2017-ci ildə regionun müstəqilliyi ilə bağlı referendumla nəticələnən Kataloniya separatçıları üçün gələcək amnistiya qanununun da əleyhinə çıxış edirlər.

Yürüşün təşkilatçısı müxalif Xalq Partiyası olub.

Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və "İspaniya cavab verir" şüarları səsləndiriblər.

Xalq Partiyasının lideri Nunyes Feyxoonun sözlərinə görə, aksiyanın prioritet məqsədi demokratiya, məhkəmə sisteminin müstəqilliyi və azad medianın müdafiəsidir.

Mənbə: El Pais

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
6
turanpress.com

7Mənbələr