Biləsuvarda piyadanı maşın vurub
KONKRET.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində, xəstəxananın yaxınlığında baş verib.
Yolu keçmək istəyən 2007-ci il təvəllüdlü İ.Əhmədzadəni avtomobil vurub.
Yaralı piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.