AZ

Dünyanın ən yaxşı un məmulatları açıqlandı:  Azərbaycan ilk onluqda

Dünyanın Dünyanın ən yaxşı un məmulatları açıqlandı:

Ənənəvi reseptləri önə çıxarması ilə tanınan "Taste Atlas" ("Dad Atlası") 2024-cü ilin ən yaxşı 100 un məmulatı növünü müəyyən edib. Dünya mətbəxindən bir çox dadın yer aldığı siyahıda Azərbaycan ilk 10-luqda yer tutub.

E-saglam.az xəbər verir ki, bu barədə dad tənqidçilərinin rəylərini və yeməklər haqqında aparılan araşdırmaları bir araya gətirən səyahət bələdçisinin hesabatından aydın olub.

Reytinqə əsasən Azərbaycan qutabı altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda ilk yerdə Türkiyənin Barfa pidesi, ikinci yerdə isə Samsun pidesi gəlir. Ümumiyyətlə, siyahıda qardaş ölkənin səkkiz un məmulatı, o cümlədən gözleme (38), pide çörəyi (41), ramazan pidesi (43), terme pidesi (64), yuxa (70), bazlama (94) yer alıb.

İlk 10 sıralama isə belədir:

1. Bafra pidesi / Türkiyə

2. Samsun pidesi / Türkiyə

3. "Roti canai" / Malayziya

4. "Butter Garlic Naan" / Hindistan

5. "Pan de bono" / Kolumbiya

6. Qutab / Azərbaycan

7. "Amritsari kulcha" / Hindistan

8. "Naan" / Hindistan

9. "Piadina Romagnola" / İtaliya

10. "Pao de queijo" / Braziliya

E-saglam.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
16
e-saglam.az

10Mənbələr