AZ

Bakı bulvarında elektron skuterdən yıxılan qız baş nahiyəsindən ağır xəsarət aldı — VİDEO

Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.

Bu barədə Oxu.Az-a hadisə şahidi məlumat verib.

O qeyd edib ki, Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

"Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib. Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib", - deyə hadisə şahidi qeyd edib.

Seçilən
156
16
demokrat.az

10Mənbələr