AZ

Araq beyini dağıdır, mədə-bağırsaq və qaraciyər xərçənginə yol açır  - Həkimlər həyəcan təbili çalır

Araq Araq beyini dağıdır, mədə-bağırsaq və qaraciyər xərçənginə yol açır

Böyük miqdarda spirt beyin toxumasını yumşaldır və zamanla zehni qabiliyyətləri azaldır.

E-saglam.az xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin Fundamental Tibb Fənləri Kafedrasının cərrahı və müəllimi Aleksandr Umnov "news.ru" ilə söhbətində araq içməyin sağlamlıq üçün zərərlərindən danışıb.

Umnov qeyd edib ki, araq süzülmüş su ilə spirt qarışığıdır. Bu birləşmə bədənin hər bir hüceyrəsinə mənfi təsir göstərən güclü zəhərdir.

Həkim bildirib ki, mədəaltı vəzinin hüceyrələrini öldürür, sonra qaraciyər toxumasında çapıqlar yaradır, buna görə də bu orqan bədəndən toksinləri effektiv şəkildə çıxara bilmir. Vaxt keçdikcə bu, siroz və portal hipertenziyaya gətirib çıxarır.

Onun sözlərinə görə, bu hallar yemək borusu və mədənin varikoz damarlarından qanaxmaya səbəb olur və əksər hallarda ölümlə nəticələnir.

Umnov həmçinin vurğulayıb ki, etanol qan damarlarını daraldır, aterosklerotik lövhələrin əmələ gəlməsinə səbəb olur və tədricən müxtəlif ürək xəstəliklərinə səbəb olur.

Bundan əlavə, arağın müntəzəm istifadəsi şəkərli diabet, həmçinin mədə-bağırsaq, mədəaltı vəzi və ya qaraciyər xərçəngi riskini artırır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
e-saglam.az

1Mənbələr