AZ

MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri nələri müzakirə edib?

Qırğızıstanın paytaxtı Bişkekdə MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib. Bizimyol.info xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib. İclasın gündəliyindəki əsas məsələlər beynəlxalq terrorçuluq və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, ölkədən kənarda döyüş hazırlığı keçib, cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyənləşdirilərək, qarşısının alınması olub. Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər da müzakirə mövzusu olub. Mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qalması, terror riskinin dəfələrlə artması və kibercinayətkarlıq hallarının daha intensiv xarakter alması xüsusi vurğulanıb. Bundan başqa, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik qaçaqmalçılığı kimi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin zəruriliyinə də toxunulub. Tədbirdə gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

Seçilən
161
30
bizimyol.info

10Mənbələr