Məhkəmə xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov və Rüfət Əsədov barədə qərar qəbul edib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda onların barələrində olan həbs qətimkan tədbiri daha 20 gün uzadılıb.