AZ

Azərbaycan BEM enerjisinin şəbəkəyə inteqrasiyası üçün "Hitachi Energy" avadanlığı ilə maraqlanır

Azərbaycan bərpa olunan enerji mənbələrindən (BEM) əldə olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üçün dünyanın nüfuzlu "Hitachi Energy" istehsalçısının avadanlığı istehsalı ilə maraqlanır.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (AREA) "Hitachi Energy" nümayəndələri ilə görüşdə deyilib.

Şirkət 140-dan çox ölkədə fəaliyyət göstərir və əməkdaşlarının sayı 40 min nəfəri ötür. "Hitachi Energy" şirkətinin biznesinin həcmi isə 10 milyard ABŞ dollarından yuxarı qiymətləndirilir.

"Dünya miqyasında 150 qiqavattdan yuxarı yüksək gərginlikli daimi cərəyan xətlərini enerji sisteminə inteqrasiya etməklə müştərilərimizin daha çox külək və günəş enerjisindən istifadə etməsinə köməklik göstərmişik", - "Hitachi Energy" şirkətinin saytında dərc olunan məlumatda qeyd olunub.

Qeyd edək ki, baş ofisi İsveçrənin Tsürix şəhərində yerləşən "Hitachi Energy" "Hitachi Ltd." transmilli konqlomeratının törəmə şirkətidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
2
ekologiya.az

3Mənbələr