AZ

Azərbaycan ən az xarici borca malikdir

2024-cü il 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcu 5,5 milyard dollar ekvivalentinə bərabər olub. Hazırda 5 milyard dollar həcmində borc portfeli ÜDM-in 10 faizdən də aşağıdır. Ona görə də Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 10 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. 

Ölkəmzi xarici borc yükünə görə, region və dünya ölkələri arasında daha əlverişli və sabit mövqeyə malikdir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2024-cü ilin birinci rübündə 10,9 milyard dollar olmaqla ÜDM-in 50,6 faizini təşkil edir.

Borcun region ölkələri üzrə nisbətində də Azərbaycan ən qənaətbəxş vəziyyəfə malikdir. Məsələn, Ermənistanın hazırda Ermənistanda adambaşına düşən borcun həcmi 3,6 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Ermənistan öz maliyyə potensialının aşağı olması səbəbindən büdcə xərclərini yerinə yetirmək üçün əlavə borclanmalara məcbur olur. 2024-cü ildə hökumət öz sosial-iqtisadi öhdəliklərini icra etmək üçün kənardan əlavə olaraq 1,4 milyard dollar borc alıb. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycanla nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43%-dən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 540 dollardır.

Yeri gəlmişkən, Hazırda Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin starteji valyuta ehtiyatlarının həcmi 68 milyard dolalr olmaqla borcu 12,4 dəfə üstələyir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5,3 milyard dolar olmaqla borcdan 2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,8 milyard dolar olmaqla təxmini olaraq borcla eyni məbləğə  malikdir. 

Göründüyü kimi Azərbaycanın güclü milli təhlükəsizlik yastığı xarici borcu tamamilə bağlamağa imkan verir. Azərbaycan öz rezervlərinin cəmi 8 faizini xərcləməklə xarici borcu sıfırlaya bilər.

Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borc alma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir. 

Maliyyə naziri Samir Şərifov bildirib ki, xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir və yeni borclanmaya getmək ölkəmiz üçün hansısa qayğı yarada biulməz. Hökumət xarici valyutada mühafizəkar borclanma siyasəti aparmaqda qərarlıdır, ancaq əlavə borc cəlb etmək üçün də müxtəlif ssenarilər nəzərdən keçirilir. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması istisna olunmur. Əsas məqsəd ölkəmiz qarşısında duran böyük infrastruktur layihələrinin, dövlət əhəmiyyətli ümdə infrastruktur planlarının icrasıdır ki, bu sahəyə daxili mənbələrdən yönəldilən mənbələrlə yanaşı, əlavə resurslara ehtiyac vardır. 

Əlavə borc hansı məqsədlərə xidmət edə bilər?

Ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Bunun da başlıca səbəbi azad edilmiş ərazilərin bərpa və quruculuğu işlərinin daha da sürətləndirilməsi, meydana çıxan zəruri infrastrukturların daha tez yaradılaraq istifadəyə verilməsi və bu bölgənin iqtisadi resurslarını iqtisadi dövriyyəyə cəlb edilməsinin tezləşdirilməsidir. Nəticədə bu siyasət daha səmərəverici olmaqla həmin bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməklə iqtisadi inkişafa töhfə verəcək. Həmin bölgədən əldə edilən milli gəlirlərin dəyəri həmin borcun qısa zamanda qaytarılmasını təmin edilməsində də həlledici rol oynayacaq. Yəni alınan borc Qarabağ və Şərqi-Zəngəzurun qısa bir zamanda dirçəldilməsinin təmin edilməsində köməkçi rol oynamaqla bu bölgədə iqtisadi hərəkətliliyi tezləşdirəcək, insanların öz yurdlarına geri dönüşü daha geniş miqyas alacaq, daha qısa zamanda qayıdış mümkün olacaq. İnsanlarım məşğulluq imkanları daha dayanıqlı və təminatlı olacaq. Beləliklə, bu bölgədə yaranan əlavə dəyərlərin həcmi bir neçə il ərzində alınan borcu bir neçə dəfə üstələyəcək. Ona görə də, yeni borclanma gələcək reinteqrasiyanın daha tez və şevik formada həllinə kömək edəcək, azad ərazilərin iqtisadi resurslarının ixrac imkanlarını sürətləndirəcək.

Beləliklə, Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür və bu strategiya əsasən iqtisadi imkanların yaxşılaşmasına xidmət edir. 

E.CƏFƏRLİ

Seçilən
191
26
yeniazerbaycan.com

10Mənbələr