AZ

Azərbaycanda ekoloji vergi tətbiq olunacaq? - Ekoloqdan AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki,Azərbaycanda ekoloji vergilərin tətbiqinə dair təkliflər hazırlanacaq.O, bu cür vergilərin fəaliyyəti ətraf mühitə mənfi təsir göstərən şirkətlərə tətbiq edilməli olduğuna aydınlıq gətirib.Dövlət Vergi Xidmətinin təkliflərini dəyərləndirən ekoloq Rövşən Abbasov Redaktor.Az-a dedi ki, karbon vergilərini tutmamışdan əvvəl ilk növbədə qanunverici bazanı yaratmaq və onu təkmilləşdirmək lazımdır:"Yəni ikinci bir mexanizm əlbəttə ki, emal sistemlərinin düzgün qurulmasıdır ki, hər şirkətdən gələn karbon qazını hesablamaq mümkün olsun. Bunun müqabilində artıq monitorinq işləri təşkil olunmalıdır. Yəni bir şirkətin atmosferə nə qədər karbon qazı atdığını hesablamaq üçün monitorinq sisteminin olması çox vacibdir. Bundan sonra yalnız vergitutmalara getmək olar. Hesab edirəm ki, yaxın gələcəkdə yox, bir neçə il sonra bunun işlənilməsi və tətbiqi öz əksini tapa bilər".Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
gender.az

4Mənbələr