AZ

"Qadınlarımız yaza da bilir, oxuya da bilir” - Deputat

“Gender bərabərliyi ilə bağlı sosial şəbəkələrdə qızğın müzakirə gedir”.Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.“Gender bərabərliyi məsələsini qarışdırırlar. Razıyam, ictimai şüur üzərində sosial şəbəkə üzərindən Qərbdən təsir var. Orta əməkhqqının fərqinə diqqət etmək lazımdır. Bir qadınla kişi eyni işdə işləyib fərqli maaş alırsa, bu başqa məsələdir və Azərbaycanda belə bir şey ola bilməz. Amma ümumi mənzərə odur ki, yüngül işdə işləyən qadınlar çoxdur, bu da maaş alırsa, ümumi əməkhaqqı statistikasına bu da təsir edir. Azərbaycanda 92 faiz qadın yaza bilmir, deyilişi yanlışdır. Azərbycanda yazıb-oxumaq yüz faizdir, qadınlarımız yaza da bilir, oxuya da bilir”, - deyə o bildirib. \\Redaktor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
gender.az

3Mənbələr