AZ

Qobustanda günəş elektrik stansiyasının tikintisi üzrə tenderə ABŞ şirkətləri dəvət olunub

ABŞ şirkətləri Qobustanda 100 meqavatt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı üzrə tenderdə iştiraka dəvət olunub.

Trend xəbər verir ki, bu barədə mayın 24-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayevin ABŞ nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

"May ayında Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM) obyekti üzrə elan edilmiş bu ilk açıq beynəlxalq hərraca maraq çox yüksəkdir", - C. Abdullayev deyib.

AREA direktorunun sözlərinə görə, əcnəbi şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılacaq "yaşıl" enerji obyektləri qlobal enerji keçidinə və Azərbaycan tərəfindən iqlim hədəflərinin reallaşdırılmasına imkan yaradacaq.


Qeyd edək ki, Azərbaycan beş il ərzində ölkənin ümumi enerji balansında BEM imkanlarını 30-33 faizə çatdırmağı planlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
ekologiya.az

2Mənbələr