AZ

Qobustanda günəş elektrik stansiyasının tikintisi üzrə tenderə ABŞ şirkətləri dəvət olunub

Bakı. Trend:

ABŞ şirkətləri Qobustanda 100 meqavatt gücündə günəş elektrikstansiyasının layihələndirilməsi, tikintisi və istismarı üzrətenderdə iştiraka dəvət olunub.

Trend xəbərverir ki, bu barədə mayın 24-də Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru CavidAbdullayevin ABŞ nümayəndə heyəti ilə görüşündə məlumatverilib.

"May ayında Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM)obyekti üzrə elan edilmiş bu ilk açıq beynəlxalq hərraca maraq çoxyüksəkdir", - C. Abdullayev deyib.

AREA direktorunun sözlərinə görə, əcnəbi şirkətlərlə əməkdaşlıqçərçivəsində yaradılacaq "yaşıl" enerji obyektləri qlobal enerjikeçidinə və Azərbaycan tərəfindən iqlim hədəflərininreallaşdırılmasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan beş il ərzində ölkənin ümumi enerjibalansında BEM imkanlarını 30-33 faizə çatdırmağı planlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
75
1
az.trend.az

2Mənbələr