AZ

Azərbaycanda yeni problem: Bu evlər sığortalanmayacaq

“Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək”.

Bunu Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib.

O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar:

“Dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq”.

Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olub:

“Layihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənləşdirmək mümkün olacaq. Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib”.

Mövzu ilə bağlı "Cebhe.info"-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, məsələyə bu prizmadan yanaşılmasının əleyhinədir:

"Çünki sığorta şirkətləri yalnız sınaqdan keçirilmiş, müxtəlif riskləri olmayan binalara sığorta edəcəklər. Yaxud da sığorta binanın aşınmasına görə, onun nə dərəcədə zəlzələyə davamlı olmasına görə təyin olunacaq. Bu da diskriminasiyadır. Hər hansı binada yaşamaq riski varsa, həmin bina sığortalanmayacaq. Bu, Azərbaycan vətəndaşlarına qarşı düzgün yanaşma deyil. Sığorta ölkədə öz prinsipi ilə “İcbari sığorta haqqında” Qanunla tənzimlənir. Binaların müxtəlif yollarla yoxlanmasına gəldikdə isə, bu vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlıdır".

Seçilən
105
8
cebheinfo.az

10Mənbələr