AZ

Medianın İnkişafı Agentliyi onlayn media subyektləri üçün “Yaşıl dünya naminə mediahəmrəyliyi” mövzusunda müsabiqə elan edir!

Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin 
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının 
(COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm 
ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial 
maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti 
əhəmiyyətli rola malikdir.


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yerli onlayn media subyektlərinin 
fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri 
üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və 
təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən 
istiqamətlərdə aktivliyinin artırılması məqsədilə müsabiqə elan edir.


Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media 
subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə 
təltif olunacaqlar. 


Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks 
olunduğu müraciət forması doldurularaq media.affairs@media.gov.az elektron poçt ünvanı 
vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.


Müsabiqəyə müraciət qəbulu 10 iyul 2024-cü il saat 18:00-dək davam edəcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
24
media.gov.az

10Mənbələr