AZ

Əhmədlidə xeyli mərmi, qumbara və digər silah-sursatlar aşkarlandı – VİDEO

Əhmədli qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 30 mm-lik zenit artilleriya yivli top mərmisi, bir ədəd 14,5 mm-lik mərmi, beş ədəd 7,62 mm-lik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 mm-lik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 mm-lik atıcı silah mərmisi, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd AK-74 güllə darağı olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
102
43
interpress.az

10Mənbələr