AZ

Azərbaycanda təhsilin bu pilləsi əmək bazarının tələblərinə CAVAB VERMİR - DƏYİŞİKLİKLƏR OLACAQ!

Bu gün Azərbaycanda doktorantura proqramları köklü şəkildə dəyişməlidir.Bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.Nazir bildirib ki, kredit əsaslı proqramların yaradılması zəruridir.Təhsil eksperti Kamran Əsədov Referans.Az-a açıqlamasında bildirib ki, doktorantura pilləsi çox vacib bir mərhələdir, lakin son illərdə Azərbaycanda bu pilləyə qəbul ürəkaçan deyil.“Birinci yerdə plan yerlərinin boş qalması, ikinci yerdə isə etiraf edək ki, doktoranturaya qəbul heç də şəffaf şəkildə həyata keçirilmir. Belə ki, ali təhsil müəəsisələri və yaxud da doktorantura qəbulu həyata keçirən elmi müəssisələr və təşkilatlar bu prosesi heç də şəffaf həyata keçirmir. Biz ciddi şəkildə ixtisas imtahanları zamanı pozuntuları müşahidə edirik. Ümumilikdə, doktorantura pilləsinə qəbul qaydaları təmamilə formatda həyata keçirilməlidir. Minimum iddiaçının xarici dil bilikləri yoxlana bilər, çünki gələcək tədqiqatçı xarici mənbələrdən də istifadə etməlidir. Məsələn, doktoranturaya qəbul zamanı tələb olunan fəlsəfə imtahanının heç bir əhəmiyyəti yoxdur”.Ekspert qeyd edib ki, doktorantura pilləsi üçün daha çox məqalələri olan, həqiqətən də tədqiqat aparmaqda maraqlı olan şəxslərə üstünlük verilməlidir.“Bu gün doktorantura pilləsini bitirib müdafiə edənlərin sayı çox azdır. Uzun müddətdir ki, dissertasiya işlərinin həyata keçirilməsində biz nöqsanlar müşahidə edirik. Xüsusən, Milli Elmlər Akademiyasında və ya institutlarda gənslərin elmə gəlməsində ciddi şəkildə problemlər və maneələr yaradılır. Hesab edirəm ki, doktoranturanın formatında dəyişiklik mütləqdir. Hazırda Azərbaycanda 30 yaşdan kiçik elmlər doktoru demək olar ki, yoxdur. Müdafiə olunan işlərin əksəriyyəti müasir dövrün tələblərinə, əmək bazarının tələblərinə cavab vermir”.Kamran Əsədov son olaraq vurğulayıb ki, bu məsələdə əsas addım mərkəzləşmiş imtahanın təşkil olunmasıdır.Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
gender.az

3Mənbələr