AZ

Makron yüksək səviyyədə danışıqlar üçün Yeni Kaledoniyaya gedib

Reuters:  Prezident Emmanuel Makron cümə axşamı Fransanın idarəçiliyi altında olan Sakit Okean adasında mübahisəli seçki islahatının səbəb olduğu geniş iğtişaşlar nəticəsində viran qalan əraziləri gəzdikdən sonra bildirib ki, Yeni Kaledoniyada gücləndirilmiş polis lazım olduğu qədər qalacaq.

Makronun tələsik təşkil edilən səfəri, bir həftədən çox əvvəl başlayan və dükanların talan edilməsi, avtomobillərin və müəssisələrin yandırılmasına gətirib çıxaran iğtişaşlarda altı nəfərin öldürülməsindən sonra baş verib.

"Yaxın saatlarda və günlərdə lazım olan yerlərdə yeni genişmiqyaslı əməliyyatlar planlaşdırılacaq və respublika nizamı tam şəkildə bərpa olunacaq, çünki başqa seçim yoxdur", - Makron ərazinin paytaxtı Numeyada siyasi liderlər və iş adamları ilə görüşü zamanı deyib.

Ada boyunca yollar əvvəlki kimi etirazçıların barrikadaları ilə bağlıdır və sakinlər qida, benzin və dərman tapmaq üçün təhlükəsiz marşrutlar haqqında sosial şəbəkələrdə məsləhətləri ilə bölüşür.

Bundan əvvəl Makron yanğınlardan əziyyət çəkən ərazilərin üzərində helikopterlə uçub, eyni zamanda buldozerlər dağıntıları təmizləyib.

Ən çox zərər çəkmiş bu şəhərətrafı qəsəbələrin merləri Fransa tərəfdarları və müstəqillik tərəfdarları ilə birlikdə Fransa Ali Komissiyasında Makronla görüşdə iştirak ediblər.

İğtişaşları "zorakılıq dərəcəsini heç kəsin qabaqcadan təsəvvür etmədiyi, görünməmiş bir üsyan" olaraq xarakterizə edən Makron, lazım gələrsə, bu yay Paris Olimpiadaları zamanı belə əlavə 3000 təhlükəsizlik qüvvəsinin qalacağını söylədi.

Təhlükəsizlik məsələlərindən əlavə, əsas sual Makronun mübahisəli seçki islahatı ilə bağlı hansı açıqlama verə biləcəyidir.

Bu, Yeni Kaledoniyada yaşayan minlərlə digər fransızın 10 il müddətində səs verməsinə imkan verəcək, Parisin fikrincə, bu, əhalisinin təxminən dörddə birinin özünü avropalı, əsasən də fransız kimi identifikasiya edən bir adada demokratiyanı təkmilləşdirmək üçün lazımdır.

40% təşkil edən ən böyük icmanın, yerli Kanakların liderləri  islahatların ləğvini istəyir, çünki onun Kanakların səslərinin zəiflədəcəyi və gələcək müstəqillik referendumunun keçirilməsini çətinləşdirəcəyindən ehtiyat edirlər.

Digər yerli liderlər adanın gələcəyi ilə bağlı daha geniş dialoqa vaxt vermək üçün islahatın dayandırılmasını istəyirlər.

Seçici siyahıları 1998-ci ildə onillik zorakılığa son qoyan və tədricən muxtariyyətə gedən yolu göstərən Numeya Müqaviləsi ilə dondurulmuşdu.

Lakin paktın təsir müddətinin 2021-ci ildə başa çatması və Kanakların COVID-19 pandemiyası zamanı keçirilən müstəqillik referendumunu boykot etməsi siyasi dalana səbəb oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
turan.az

1Mənbələr