AZ

İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.

Bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib.

"Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, - dövlət başçısı bildirib.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
45
7news.az

10Mənbələr