AZ

“İnterpol” tərəfindən axtarışda olan narkokuryerlər İstanbulda saxlanıldı

Narkotik ticarətinə görə "İnterpol" tərəfindən axtarışda olan Monteneqro və Hollandiya vətəndaşı İstanbulda yaxalanıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya narkotik ticarəti üzrə müxtəlif cinayətlər törətdiyi təsbit edilən və "İnterpol" qırmızı bülleteni ilə axtarışda olan Monteneqro vətəndaşı Sead Dedeic və Hollandiya vətəndaşı Marciano Eugene Ruimwijkin Türkiyədə saxlanılıb. Onlar İstanbul polisi tərəfindən Türkiyəy giriş etmək istəyərkən tutulub aidiyyatı quruma təhvil verirliblər.
  
Yerlikaya əməliyyatlarda iştirak edən polisləri təbrik edib.
 
7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
7news.az

1Mənbələr