AZ

İki narkokuryerdən 18 kiloqram marixuana götürülüb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar.

Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb, Daxili İşlər Nazirliyi bildirib.

Saxlanılan şəxslər bildiriblər ki, narkotik maddələri sosial şəbəkələrdə tanış olduqları xarici vətəndaşın göstərişilə Qaradağ rayonu ərazisində əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elxan Əlifxanov və Ravil Rəfiağayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
turan.az

1Mənbələr