AZ

Bakının göbəyində sahibkarların dükanlarını qanunsuz sökürlər - Video

Bu gün Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Yusif Səfərov küçəsində rayon icra hakimiyyəti tərəfindən sahibkarlıq obyektlərinin və yaşayış evlərinin qeyri-qanuni söküntüsünə başlayıb...

Xəzərnews.az Poliqon-a istinadən xəbər verir ki, bu barədə sahibkar Adil Musayev saytımıza bildirib. Sahibkar qeyd edib ki, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin əməkdaşları ətrafdakı düksnları dökməyə başlayıblar. Adil Musayevin sözlərinə görə, daha əvvəl söküntü ilə bağlı rəsmi xəbərdarlıq edilərək kompensasiya ödənişi barədə müqavilə imzalanacağını desələr də, sonradan sahibkarlara və sakinlərə heç bir sənəd təəqdim etməyiblər. Bu gün isə xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar.

Digər sahibkar Cəmil Hacıyev əməkdaşımızla söhbərində bildirib ki, Prezident fərman verib sahibkarların hüquqlarını qoruduğu halda, məmurlar dövlət siyasətini bu cür qanunsuz addımları ilə gözdən salmaqla məşğuldurlar.

Sahibkarlar, onu da əlavə edib ki, obyeklər işləyən ticarət müəssisələridir, hər birinin içərisində dəyəri 100 minlərlə ölçülən mallar var.

"Yaxın ərazilərdə təmirsiz obyektlərin kvadrartının qiymətini 7 min azn-dən başlanır. Əgər həmin məbləğdə kompensasiya ödənilərsə, malımızı götürüb köçə bilərik. Əks halda, məhkəməyə müraciət ediləcək", deyə sahibkarlar bildiriblər.

Qeyd edilir ki, ərazidə yaşayan sakinlər də səksəkədədirlər. Onlara da kompensasiya ilə bağlı heç bir sənəd təqdim edilməyib, sadəcə, şifahi şəkildə deyilib ki, köçsünlər, əks halda, içəridə yaşayış olub olmadığına məhəl qoyulmadan mənzilləri söküləcək.

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
xezernews.az

4Mənbələr