AZ

Üç nəfərin 144 min manatını dələduzluq yolu ilə alanlar saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmçinin Sumqayıt şəhərində bir nəfərin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.

 

Hər üç faktla bağlı araşdırma aparılır.

Seçilən
79
8
modern.az

8Mənbələr