Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
BiG.AZ xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
"Cənub Hərbi Qrupunun bölmələri aktiv hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Klaşçeyevka (Klişeyevka) qəsəbəsini azad edib" ,- deyə bildirilib.
Açıqlamada Ukrayna ordusuna aid 2 sursat anbarının məhv edildiyi, 34 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.
BiG.Az