AZ

Milli Məclis Lüksemburqun deputatlar palatasının sədrinə cavab verdi

Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Klod Vislerin fikirlərinə münasibət bildirib.

Qeyd olunub ki, Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.

Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında “fransız üslubu”nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər.

Mövcud reallıqları isə təhrif etmək mümkün deyil. Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və Yer üzündən silinib.

Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
49
publika.az

10Mənbələr