AZ

Meksikadakı anomal istilər nəticəsində yüzlərlə meymun ölüb

Meksikanın Tabasko əyalətindəki həddindən artıq isti hava səbəbindən meymunlar həlak olub.

7News.Az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Usumacinta Biomüxtəlifliyin Qorunması Təşkilatı məlumat yayıb.
 
Məlumatda mayın 16-dan bəri Tabaskoda 138 ulayan meymunun öldüyü, ölən meymunların isə ağaclardan yıxıldığı bildirilib.

Açıqlamada, xilas edilən meymunlardan bəzilərinin müalicə olunduğu bildirilib.

Xatırladaq ki, mart ayından bəri Meksikada anomal istilər səbəbindən 26 nəfər ölüb.
 
 

Seçilən
112
24
7news.az

10Mənbələr