Dövlət Turizm Agentliyi Türkiyə şirkəti ilə müqavilə bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilə təbliğat xarakterli işlərin görülməsi ilə bağlıdır.
Belə ki, Agentlik 2024-cü il ərzində İstanbul Hava Limanında təbliğat xarakterli məlumatların yerləşdirilməsi işlərini Türkiyənin “Mediaport Reklamcılık Anonim Şirketi”nə həvalə edib.
Agentliklə şirkət arasında dəyəri 832.131,72 manat olan müqavilə bağlanıb.