Demokrat.az xəbər verir ki, fəaliyyət Azərbaycan Mətbuat Şurası tərəfindən icra olunan “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində icra ediləcək.
Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihə üzrə fəaliyyət proqramına uyğun olaraq, məlumat bazasında:
- Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən bütün qanunların mətni və internet keçid linkləri;
- Etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətni və keçid linkləri;
- Fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri;
- Media məkanında gender balansının durumu barədə statistik göstəricilər və sair bu kimi məlumatlar toplanılaraq təqdim ediləcək.
Qeyd edilən materiallar Azərbaycan Mətbuat Şurasının veb səhifəsində yaradılacaq “Azərbaycan media lanşaftı” adlı xüsusi kateqoriyada yerləşdiriləcək, həm Azərbaycan dilində, həm də ingilis dilində təqdim ediləcək.
7Mənbələr
-
xalqqazeti.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6728173)
-
metbuat.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6722734)
-
azxeber.com“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6721849)
-
demokrat.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6716797)
-
525.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6716533)
-
viral.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6716470)
-
modern.az“Azərbaycan media landşaftı üzrə məlumat bazası” yaradılacaq ( 6716413)