AZ

“Beşiktaş” argentinalı futbolçu ilə danışıq aparır

Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"da çıxış edən Erik Lamelanı transfer etmək istəyir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

"Qara qartallar" mövsümün sonunda İspaniya klubu ilə müqaviləsi başa çatan 32 yaşlı vingerə təklif göndərəcək.

Qeyd edək ki, "Sevilya" Erik Lamelanı 2021-ci ilin yayında "Tottenhem"dən transfer edib. Argentinalı futbolçu bu mövsüm Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

 
Seçilən
167
14
bizim.media

7Mənbələr