AZ

Dilan Polat sərbəst buraxılacaq?

Anadolu Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində, aralarında Dilan Polat və Engin Polatın da olduğu 12 şübhəli noyabrın 5-də tutularaq Mərmərə Həbsxanasına göndərilib.

News24.az xəbər verir ki, 6 aydır həbsdə olan Dilan Polat haqqında Banu Parlakın iş yerinin vurulması və qonşuları ilə davası da daxil olmaqla bir çox araşdırmalar başladılıb.

Polat ailəsinə qarşı aprelin 19-da açılan ilk istintaq olan çirkli pulların yuyulması istintaqı çərçivəsində onların “vergi proseduru qanununu pozma” cinayətindən azadlığa buraxılmasına, lakin həbslərinin davam etdirilməsinə qərar verilib. 

Dilan Polat dünən Ədliyyə Tibb Qurumuna sövq edilib.

Müayinələrdən sonra o, yenidən həbsxanaya göndərilib. Dilan Polatın həbsxana şəraitində olmasının səhhəti üçün təhlükə olub-olmaması və həbsxana şəraitində olmasında hər hansı tibbi riskin olub-olmaması ilə bağlı Məhkəmə Tibb İnstitutunun 3-cü İxtisaslaşma şöbəsinin ekspertləri tərəfindən hesabat hazırlanacaq.

Anadolu Respublika Baş Prokurorluğuna təqdim edilmək üçün hazırlanan ekspertiza hesabatının təxminən bir ay sonra açıqlanacağı öyrənilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
news24.az

1Mənbələr