AZ

Hakim hökm oxudu: Qətldə təqsirləndirilən azərbaycanlı qardaşlar güldülər

Moskvada bayker Kirill Kovalyevin ölümündə təqsirləndirilən şəxslər apellyasiya məhkəməsinin qərarını dinləyərkən gülüblər və əl yelləyiblər.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

Məhkəmə Şahin Abbasovu, qardaşı İsaxanı və dayısı Bəxtiyarı həbsdə saxlayıb. Qərar oxunan zaman onların hər üçü əyləncəli şəkildə söhbət edərək gülüblər. İsaxan isə siqaret çəkib.

Məhkəmə onlayn şəkildə keçirilib. Müdafiə tərəfi təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Xatırladaq ki, Kirill Kovalyev aprel ayında Şahin Abbasova qanunsuz park etdiyinə görə irad bildirdikdən sonra öldürülüb. Qətldən sonra Abbasov qaçaraq Rostov vilayətində gizlənib və onu buraxmaq üçün Moskvada yol polisi müfəttişinə rüşvət verib. Polis də həbs edilib.

Ümumilikdə qətl işi üzrə 7 təqsirləndirilən şəxs saxlanılıb. Abbasovlar ailəsinin mənzilində 72 milyon rubl aşkarlanıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
news24.az

6Mənbələr