ABŞ və Avropa İttifaqı Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken konqresdə dinləmələr zamanı deyib.Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə qarşı artıq sanksiyalar tətbiq edib.
"Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb.
Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq etmişdi.