AZ

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.



Agentlikdən NUHÇIXAN-a bildirilib ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, emal müəssisəsində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların yararsız olduğu, dezinfeksiya işlərinin aparılmadığı, döşəmə və tavanın tamlığının pozulduğu, obliqat qrup işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyənləşib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
8
nuhcixan.az

10Mənbələr