AZ

Tərtərdə mina partladı — Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Seçilən
50
43
demokrat.az

10Mənbələr