AZ

Bankomatı partlatdı, əliboş qayıtdı

Sankt-Peterburqda işsiz bir şəxs əldəqayırma qumbara ilə bankomatı partlatsa da əliboş qayıdıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə REN-TV məlumat yayıb.

Hadisə mayın 20-nə keçən gecə bank filialların birində baş verib. Daha sonra həmin şəxs bankomatdan pul oğurlamağa cəhd edib. Partlayış nəticəsində iki bankomat zədələnib, lakin heç biri açılmayıb.

Məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb və bütün pullar yerində qalıb.

Şübhəli şəxs bir neçə saat sonra saxlanılıb. Axtarış zamanı onun üzərindən söküntü qurğusu hazırlamaq üçün istifadə oluna bilən yarım kiloqram partlayıcı tapıblar.

Onun barəsində cinayət işi başlanıb.

.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
xezernews.az

1Mənbələr