AZ

Bakıda vəzifəli şəxsin oğlu vəfat etdi

Milli Məclisin əməkdaşı Nazir Bayramova ağır itki üz verib.

Sabah.az xəbər verir ki, N.Bayramovun oğlu Emil Bayramov vaxtsız vəfat edib.

Onun hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb.

Qeyd edək ki, N.Bayramov Milli Məclisin Aparat rəhbəri xidmətində çalışır. O, daha əvvəl prokurorluq orqanlarında bir sıra vəzifələrdə, eləcə də baş prokurorun mühüm işlər üzrə köməkçisi vəzifəsində çalışıb. Üçüncə dərəcəli ədliyyə müşaviri olan Nazir Bayramov 2021-ci ilədək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi olub.

Fotoda: Nazir Bayramov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
20
sabah.az

10Mənbələr