AZ

Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.

25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

Bizim.Media

Seçilən
127
16
bizim.media

10Mənbələr