AZ

Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhəri və Babək rayonu üzrə 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
 
Yarmarkada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı  Pənah Mehdiyev və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə iştirak ediblər. 
Pənah Mehdiyev yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini diqqətə çatdırılıb. İşəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib. 



Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilib. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir.
Qeyd olunub ki, bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin, o cümlədən sosial ədalət prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəraitinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir. 
Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə yalnız,  Naxçıvan şəhəri və Babək rayonu üzrə16 dövlət müəssisəsindən 190-dan artıq, 25-i özəl müəssisədən 90-dan çox olmaqla 41işəgötürən tərəfindən, 280-dən çox vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
nuhcixan.az

1Mənbələr