Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 8. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində; 9. Babək prospekti, mərkəz istiqamətində; 10. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində; 11. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 12. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində; 13. Mikayl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur