Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
"İşğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışladıq.Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik", - Ərdoğan qeyd edib.
Türkiyə lideri Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib:
"Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın zəlzələdən sonra tikdiyi evlərə sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq".